AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb. 05 iyul 2020-ci il


Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən alınıb. Hazırda bəzi xırda tüstülənmə mənbələrinin tam söndürülməsi işləri həyata keçirilir. 05 iyul 2020-ci il


Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir. 04 iyul 2020-ci il


Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub...


Xaçmaz rayonunun Moruqoba kəndində ümumi sahəsi 48 m² olan talvarın yanar konstruksiyaları 24 m² sahədə və altına yığılan 12 ton ot bağlamasının 10 tonu yanıb.


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Ümumi məlumat


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində binaların və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi sahəsində norma, standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının yanğından icbari sığortasının həyata keçirilməsinə dövlət yanğın nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Xidmət yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin edir, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını, həmçinin yanğın təhlükəsizliyi sahəsində idarəetməni, əlaqələndirməni və dövlət yanğın nəzarətini həyata keçirir.

 

Yanğın təhlükəsizliyi

Dövlət Yanğın Nəzarəti Xidmətində mütamadi olaraq ölkə ərazisində yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunur, Dövlət Yanğın Nəzarəti qurumlarının fəaliyyəti istiqamətləndirilir, yanğın təhlükəsizliyi sahəsində idarəetmə təkmilləşdirilir, yanğın təhlükəsizliyinin monitorinqini və proqnozlaşdırılmasını həyata keçirmək məqsədilə tədbirlər müəyyənləşdirilir.

Əhalinin marifləndirilməsi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti əhalini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək məqsədilə müxtəlif mövzuları əhatə edən regional seminarlar keçirir, yerlərdə yanğına qarşi təbliğat xarakterli səyyar foto – sərgilər nümayiş etdirir.

Beynəlxalq əlaqələr

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti müvafiq beynəlxalq təşkilatlar və xarici dövlətlərin yanğın nəzarəti orqanları ilə öz səlahiyyətləri daxilində əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq hüququna malikdir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti müvafiq beynəlxalq təşkilatlar və xarici dövlətlərin yanğın nəzarəti orqanları ilə öz səlahiyyətləri daxilində əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq hüququna malikdir.

Rəhbərlik haqqında məlumat


Abbasov Hikmət Mərdan oğlu

Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət polkovniki

23 dekabr 1969-cu ildə Naxçıvan şəhərində anadan olub.
1995-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetini bitirib.
Ailəlidir. 2 övladı var.

Qəbul günləri: 
cümə günü (10:00-12:00)

Aqşin Böyükağa oğlu Kazımov

Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki.

28 noyabr 1965-ci ildə Bakı şəhərində anadan olub.
SSRİ DİN Ali Mühəndislər Yanğın Texniki Məktəbini bitirib.
Ailəlidir. 3 övladı var.

Qəbul günləri:
cümə günü (10:00-12:00)